ZƏRDABDA İNTİHAR:  “Mən ona `get özünü yandır` deməmişəm"
"Qardaşım Əhliman Kərimova deyib ki, özümü yandıracam. O da deyib ki, "özünü yandıracaqsan bura niyə gəlmisən, get yandır da".


Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əhliman Kərimov rayonun Çallı kənd sakini Əkbər Əhmədovun su probleminə görə özünü yandırmasına münasibət bildirib.

Əhliman Kərimov Abzas Media-ya deyib ki, Əhmədovun suya borcu olduğuna görə ona su verilməyib:

“Vətəndaş şikayət edib ki, su verin. Mən də işçidən soruşmuşam ki, su niyə verilməyib? Dedilər, suya borcu var, növbəlilik əsasında verilir. O da deyib ki, borcu ödəməyəcəm. Onun nəsə əsəblərində problem var, mən belə hesab edirəm. Ona deyilib ki, borcun ödəsin, sonra su veriləcək. Mən ona "get özünü yandır" deməmişəm, belə söhbət olmayıb. Bunu heç bir ağıllı adam deməz, nəyinki mən".

Ə. Kərimov əlavə edib ki, kənd sakini özünü yandıran zaman o, ərazidə olmayıb:

"Mən idarədə olmamışam. O özünü idarənin həyətində, kənarda yandırıb, kabinetdə yox. Prokurorluq bu hadisəni araşdırır, qalan məlumatları da onlardan öyrənə bilərsiniz”.

İdarə rəisi bildirib ki, ölkədə su qıtlığı var, su ancaq növbə ilə verilir.

Əkbər Əhmədovun qardaşı Süleyman Əhmədov isə idarə rəisinin dediklərinin həqiqətə uyğun olmadığını bildirib:

“Orada o qədər millət olub. Qardaşım Əhliman Kərimova deyib ki, özümü yandıracam. O da deyib ki, "özünü yandıracaqsan bura niyə gəlmisən, get yandır da". Bilmirəm suya borcu olub, ya yox. Amma suya borcu olanda su verilmir? Qardaşımın dolanışığı təkcə taxıl sahəsinin hesabına idi".

S.Əhmədov deyib ki, qardaşının vəziyyəti ağırdır, həkimlər sağalacağına zəmanət vermirlər. Onun sözlərinə görə, qardaşı 4-cü dərəcəli yanıq xəsarətləri alıb, bədənin 80%-i yanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Abzas Media-ya bildirilib ki, hadisə ilə bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq cinayət işinin açılıb-açılmamasına qərar veriləcək.

Martın 27-də Zərdabın Çallı kənd sakini Əkbər Əhmədov 2 hektarlıq taxıl sahəsinə suyun verilmədiyinə görə Zərdan rayon Suvarma Sistemləri İdarəsinə gedib. Burada yaranan mübahisədən sonra özünü yandırıb.
 //Abzas Media//

Bölmənin digər xəbərləri

16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
13 İyun 2025 Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib? - Video
13 İyun 2025 SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
13 İyun 2025  Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
12 İyun 2025 “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto
12 İyun 2025 201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

Dünyapress TV

Xəbər lenti